Malacannes 145 Aktiv
Molokan bağı Bakının ən qədim və ən gözəl parklarından biri kimi tanınır. Bu yaşıllıqlarla əhatələnmiş məkanda yerləşən lounge üslublu restoran “Malacannes 145” də parkın özü qədər məşhurdur. Restoran XIX əsrin sonlarında neft sənayeçisi Mitrofanov tərəfindən şəxsi yaşayış evi kimi inşa edilmiş tarixi binada yerləşir. Daha sonra, ADR dövründə bu bina Fransa səfirliyinin yerləşdiyi ünvan kimi də fəaliyyət göstərib. Qədim Şərq üslubunu müasir elementlərlə birləşdirən “Malacannes 145” qonaqlarına özünəməxsus atmosfer, zərif komfort və unudulmaz kulinariya təcrübəsi təqdim edir. Milli və Avropa mətbəxindən zəngin seçimlər təqdim edən restoran əsas zal, eyni üslubda dizayn edilmiş kabinetlər və xüsusi valet parkinq xidməti ilə qonaqlarını qarşılayır.